AZ

İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutuldu

Beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi ölkənin qərbində yerləşən Ənbar vilayətində yerləşən İraqın Ayn əl-Əsəd aviabazası raket atəşinə tutulub.

Oxu24.com xəbər verir ki, bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ qüvvələrinin də yerləşdiyi aviabazaya ən azı iki raket atılıb, onların növü məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin hansı ərazidən atıldığını müəyyən etmək üçün əməliyyata başlayıb. Mümkün maddi ziyan və ya hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verilməyib.

Seçilən
39
7
oxu24.com

10Mənbələr