AZ

Ağadadaş Ağayev mühafizəçi ilə barışığa gedir? – Vəkilindən AÇIQLAMA

Məlum olduğu kimi, Xalq artisti Ağadadaş Ağayevin iştirakı ilə baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri – Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov barəsində cinayət işi açılıb, istintaq orqanın qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Xatırladaq ki, mühafizəçiyə balta ilə hücum etmiş Xalq artistinin hərəkətləti Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunur və həmin maddəyə əsasən Xalq artisti Ağadadaş Ağayev 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.

Bununla belə, hüquqşünaslar tərəflərin öz aralarında barışıq əldə edəcəyi təqdirdə məsələnin həbs olmadan həll oluna biləcəyini deyirlər.

Bəs Xalq artisti ilə mühafizəçi arasında barışıq olması gözlənilirmi?

SAVASH.ORG–un məlumatına görə, konkret.az bu sualla Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə ilə əlaqə saxlayıb.

O, hələlik bu mövzuda danışmaq istəmədiyini deyib:

“Hazırda istintaq prosesi davam edir, ona görə də bununla bağlı heç nə deyə bilmərəm. Ağadadaş müəllim öz səhhəti ilə məşğuldur. Hazırda həkim nəzarəti altında müalicəsini davam etdirir”.

Aygün Mirakif

KONKRET.az

Seçilən
57
1
savash.org

1Mənbələr