AZ

Kanalda batan şəxsin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Oxu24.com FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
22
10
oxu24.com

8Mənbələr