AZ

Ukrayna Krıma zərbə endirdi


İyulun 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal etdiyi Krımdakı Saki aerodromuna raket zərbəsi endirib.
Yeniavaz.com
“Astra” Teleqram kanalına istnadla xəbər verir ki, ümumilikdə, hərbi obyektə 4 ATACMS raketi atılıb.
Qeyd olunub ki, onlardan ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Raketlərdən biri döyüş sursatı anbarına dəyib, partlayışa səbəb olub və yanğın başlayıb. İki hərbçi qəlpə yaraları alıb.
“Astra”nın məlumatına görə, ikinci raket Saki rayonunun Şelkoviçnı kəndindən 5 km aralıya, Rusiya hava hücumundan müdafiə qüvvələrinin yerləşdiyi yerə düşüb. Burada hava hücumundan müdafiə sistemi məhv edilib.
Rusiya Müdafiə Nazirliyi hərbi bazaya hücumu şərh etməyib. Lakin gecə saatlarında Sevastopolda ballistik raket təhlükəsi elan edilib və Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb. Həyəcan siqnalı altı dəqiqə davam edib.
Qeyd edık ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krımdakı aerodromunu sonuncu dəfə mayın ortalarında ATACMS raketləri ilə vurub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
20
yeniavaz.com

10Mənbələr