AZ

"Yeganə partiyayıq ki, Naxçıvandakı seçkilərdə də iştirak edəcəyik" - Mətləb Aslanoğlu

\"Biz partiya tərəfindən namizədliyimizi elan edəndə hələ Yeni Azərbaycan Partiyası (YAP) öz siyahısını açıqlamamışdı. Mən əvvəl 6 saylı Culfa-Babək seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Lakin sonra bu dairə dəyişdiyinə görə, hazırda 6 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyim qeydə alınıb\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiya sədrinin köməkçisi, partiyanın idarə heyətinin üzvü Mətləb Aslanov 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində namizədliyinin qeydə alınmasına münasibət bildirərkən deyib.
 
M. Aslanov qeyd edib ki, Vüqar Rəhimzadə ondan sonra seçkilərə qoşulub:
 
\"Mən sırf Vüqar Rəhimzadə namizəd olacaq deyə öz namizədliyimi irəli sürməmişəm. O, məndən sonra həmin seçki dairəsinə qoşulub. Məndən öncə həmin dairədə nə kiminsə imza vərəqələri, nə də qeydiyyatı var idi. Təbliğat-təşviqat prosesinin başlamasına az müddət qalıb. Təxminən 9-12 avqust tarixlərində bu prosesə start veriləcək\".
 
Partiya sədrinin müavini bildirib ki, o, həmçinin Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də iştirak edəcək:
 
\"Mən eyni qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə də iştirak edəcəm. Ölkədə yeganə partiyayıq ki, həmin seçkilərdə də təmsil olunacayıq. Orada partiya adından 40 saylı Saltax seçki dairəsindən namizəd olmuşam. Vəsiqəm də bu yaxında veriləcək\".
 
Mikayıl Mirzəzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
21
azxeber.com

10Mənbələr