AZ

İsrail qüvvələri TRT Xəbər komandasını növbəti dəfə hədəf alıb

İsrail qüvvələri Türkiyə Radio və Televiziya Qurumunun TRT Xəbər komandasını növbəti dəfə hədəf alıb.

TRT Xəbər komandası İsrail qüvvələrinin Əqsa məscidində cümə namazından əvvəl  etdiyi pozuntuları lentə alırdı.

İsrail qüvvələri ilk növbədə məscidin girişindəki fələstinlilərə hücum edib, daha sonra isə hücumu lentə alan TRT Xəbər komandasını hədəf alıb.

Hücum zamanı video-operator Ömər Avvad yaralanıb.

Müdaxilə zamanı İsrail qüvvələri TRT Xəbər müxbiri Mücahit Aydemirin telefonunu zorla ələ keçirib və telefondakı görüntüləri silib.

Daha sonra İsrail qüvvələri TRT Haber komandasını ərazidən uzaqlaşdıraraq çəkiliş aparmasına icazə verməyib.

Yaşananlarla bağlı rəsmi internet səhifəsində paylaşım edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı deyib: "Dəstəkçilərinin alqışlarından ruhlanan İsrail cümə namazını Əqsa məscidində qılmaq istəyən fələstinliləri və TRT Xəbər komandamızı növbəti dəfə hədəf aldı. TRT olaraq işğalçı İsrailin bütün bəşəri dəyərləri tapdalayan qanunsuz əməllərini açıqlamaqdan heç vaxt çəkinməyəcəyik''.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:“İsrailin vəhşiliklərini və qətliamlarını dünyaya çatdırmağa davam etdikcə İsrailin jurnalistlərə qarşı zülmü daha da artır''.

Türk mediasının məzlum Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyini vurğulayan Fəxrəddin Altun deyib:“İsrailin TRT Xəbər komandasına etdiyi alçaq hücumu şiddətlə qınayıram və lənətləyirəm. Türk mediası, xüsusilə TRT və Anadolu Agentliyi Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcək''.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da etdiyi paylaşımında İsrail əsgərlərinin TRT video-operatorunu yaralamasını pisləyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
trt.net.tr

2Mənbələr