AZ

Bölgələrdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

İyulun 26-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən xəbərə görə, Xaçmaz, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Altıağac, Şahdağ, Qrız, Qusar (Laza), Quba, Qəbələ, Naftalan, Goranboy, Ceyrançöl, Tovuz, Tərtər, Gəncə, Ağstafa, Ceyrançöl, Ağdam, Göygöl, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Biləsuvar, Lənkəranda şimşək çaxır, arabir yağış yağır.

Lerik, Qrız, Balakən, Şəki, Göygöl, Daşkəsəndə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 33, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
32
day.az

10Mənbələr