AZ

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il iyunun 6-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

Seçilən
36
38
azpost.info

10Mənbələr