AZ

Arne Slot Aleksander-Arnoldun mümkün ayrılığı haqda danışdı

“Liverpul”un yeni baş məşqçisi Arne Slot “qırmızılar”ın liderlərindən Trent Aleksander-Arnoldun “Real”a keçid danışıqları haqda danışıb.

Arena.az “Goal” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim cavabım yəqin ki, azacıq darıxdırıcı olacaq. Düşünürəm ki, bu, son beş, altı və ya yeddi ildə eşitdiyiniz cavabdır. Burada müqavilə vəziyyəti müzakirə edilmir, amma mən deyərdim ki… Sadəcə sual verməyə davam edin!” deyə Arne Slot vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, “Real” ingilis müdafiəçi ilə 2025-ci ildə müqavilə imzalamaq üzərində işləyir. O da məlumdur ki, Trent Aleksander-Arnoldu “Real”a keçməyə, İngiltərə yığmasındakı komanda yoldaşı, “qaymaqlılar”ın mərkəz yarımmüdafiəçisi Cud Bellingem razı salıb.

Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 3 qol vurub, 9 məhsuldar ötürmə verib. Aleksander-Arnoldun “Liverpul”un heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 310 oyun, 19 qol, 81 məhsuldar ötürmə.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent Aleksander-Arnold 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı sağ cinah müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr