Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” və “Babir” idman geyimləri markası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Offsideplus.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

“Kəpəz” Futbol Akademiyasında təşkil edilən imzalanma mərasimində tərəfdaşlıq müqaviləsini Gəncə təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadiri və “Babir”in nümayəndəsi Zaur Cəfərov imzalayıblar.

Müqaviləyə əsasən, şirkət “Kəpəz” Futbol Akademiyasını oyun geyimləri ilə təmin edəcək.