Hollandiya hökuməti İranın "Perspolis" futbol klubunun üzvlərinə viza verməyib.
Bu barədə İran mediası məlumat yayıb.
Buna görə də, klubun iyulun 30-da Hollandiyada təlim düşərgəsinin qurulması planı ləğv edilib.
Bu, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin İran klublarında SEPAH-a bağlı şəxslərin olması ilə əlaqəlidir.
Qeyd edək ki, bir neçə gü əvvəl Azərbaycan Respublikası da İranın qadın basketbolçularına viza verməkdən imtina edib.
visiontv.az