AZ

Şamaxıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

Image

Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.

Qeyd edilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb.

Məhkəmənin qərarı ilə Ş.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
20
baki-xeber.com

10Mənbələr