AZ

“Azərişıq” Sabunçuda 4.3 milyon manata yarımstansiya tikəcək

“Azərişıq” ASC “Cronos Construction” MMC ilə 4.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sabunçu rayonu, 35/6 kV-luq 2×10 MVA gücündə “34” saylı yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4 382 509 manatdır.

Seçilən
152
50
banker.az

10Mənbələr