AZ

Tehran Ermənistanı seçdi, ona görə ki,..

Amerikaya bağlı "Eurasia Review" media qurumu “Armenia And Iran: A Vital Strategic Partnership” (Ermənistan və İran: Taleyüklü Strateji Tərəfdaşlıq)adlı məqalədə belə yazır: "1990-cı illərin əvvəllərində- I Dağlıq Qarabağ müharibəsi zamanı sülh təşəbbüsünə İran prezidenti Əkbər Rəfsəncani rəhbərlik edib.

İranın səyləri sayəsində 1992-ci ilin mayında Tehranda iki tərəf arasında danışıqlar aparıldı, lakin razılaşmaya baxmayaraq, eyni ayda erməni qoşunları Şuşa və Laçını ələ keçirdikdə sülh səyləri uğursuz oldu. İran ardıcıl olaraq Dağlıq Qarabağ ərazisi üzərində Azərbaycanın suverenliyini bəyan etsə də, praktikada gizli şəkildə erməni separatçılarına dəstək verib. Bu, İranla Azərbaycan arasında parçalanmaya və İranla Ermənistan arasında müttəfiqliyə gətirib çıxardı. Tehran Ermənistanı seçdi, ona görə ki, İran Azərbaycanına qarşı azəri irredentizmi və İran üçün təhlükə olan pantürkizm qorxusu ilə üzləşmişdi"...

O da vurğulanır ki, İranda 12-23 milyon arası azərbaycanlı yaşayır. Azərbaycan Respublikasının isə 10 milyon əhalisi var.

Məqalədə İranda 120-150 min ermənin yaşadığı qeyd olunur. Bildirilir ki, Ermənistan və İran dünya türklərini birləşdirə biləcək vahid türk dövlətinin yaranmasına təkan verə biləcək Zəngəzur dəhlizini öz varlığına təhlükə hesab edir...

O da aydın görünür ki, Amerika başda olmaqla Qərb də türklərin vahid dövlətdə birləşməsini qətiyyən arzulamır...

Elbəyi Həsənli

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
visiontv.az

1Mənbələr