AZ

Aİ terror siyahısını yeniləyib

 

Avropa İttifaqı (Aİ) ABŞ-də yerləşən “Baza” adlı ifrat sağçı təşkilatı PKK və DHKP-C kimi terror təşkilatlarının da yer aldığı terror siyahısına əlavə edib. 

Missiya.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Açıqlamada “Baza”nın 2018-ci ildə Rinaldo Nazzaro tərəfindən qurulduğu və “terror aktlarında iştirak edən ifrat sağçı təşkilat olduğu” bildirilib. 

Qeyd edək ki, Aİ Şurası 2002-ci ildə PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr