AZ

Kamala Harris TikTok-da səhifə açıb

Noyabrda keçiriləcək prezident seçkilərinə Demokratlar partiyasından namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris seçki kampaniyasının başlaması fonunda TikTok sosial şəbəkəsində səhifə açıb.

Herbiand.az bildirir ki, hazırkı ABŞ prezidenti Co Bayden Çin sosial şəbəkəsini qadağan etməyə cəhdlər edir. Lakin buna baxmayaraq, vitse-prezident TikTok aləminə qoşulmağa qərar verib.

“Eşitdim ki, son vaxtlar “Sizin üçün” səhifəsində (TikTok istifadəçiləri üçün tövsiyə olunan videolarla) görünürəm. Ona görə də burada özüm qeydiyyatdan keçməyi düşündüm”, - Harris ilk TikTok videosunda deyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
herbiand.az

1Mənbələr