AZ

Olimpiya oyunlarında verilən medalların qiyməti açıqlandı


Paris Olimpiadasında yarışların nəticələrinə əsasən birinci və ikinci yerləri tutan idmançılara veriləcək qızıl və gümüş medalların qiyməti Tokio Olimpiadası ilə müqayisədə artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Danimarkanın “Saxo Group” şirkəti öz hesablamalarına istinadla məlumat yayıb.
Bu hesablamalara görə, ən nəzərəçarpacaq artım qızıl medallarda müşahidə edilib. Belə ki, Tokio Olimpiadası ilə müqayisədə Paris Olimpiadası üçün hazırlanan bir qızıl medalın qiyməti 763 dollardan 935 dollara qədər artıb. Gümüş medalların qiymətində də artım qeydə alınıb: 415 dollardan 473 dollara qədər. Təkcə bürünc medalların qiyməti ucuzlaşıb: 4,1 dollardan 3,9 dollara qədər.
“Saxo Group” izah edib ki, qızıl və gümüş medalların qiymətindəki artım yaşıl enerjiyə qlobal keçidlə əlaqədar müşahidə olunan metallara tələbatın artması ilə əlaqələndirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
8
yeniavaz.com

10Mənbələr