AZ

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

"Ruzi-VM" şirkəti Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsini məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. 

İş hakim Ceyhun Məmmədovun icraatındadır. 

Məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Ruzi-VM" şirkətinə 493 947,30 manat vergi borcu yazılıb. Şirkət isə məbləğlə razı olmadığına görə məhkəməyə müraciət edib. 

Hüseyn

Seçilən
3
valyuta.az

1Mənbələr