AZ

Maquayr: “Hər şey mənim bu klubun bir parçası olduğumu deyir”

“Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayr “qırmızı şeytanlar”ın düşərgəsindəki gələcəyi haqda danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən “Mançester Yunayteddə qalacağammı? Klub mənə satışda olduğumu və ya artıq orada gərək olmadığımı deyincə.

Eşitdiklərim və klubda mənə göstərilənlərin hamısı deyir ki, mən komandanın gələcəyinin bir hissəsiyəm və bu klubu yenidən uğurlu etmək, böyük qənimətlər uğrunda mübarizə aparmağın vaxtı isə yetişib”, deyə Maquayr vurğulayıb.

Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro məbləğ müqabilində “Lester Siti”dən keçib. İngilis müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Maquayrın “Mançester Yunayted”də çıxışının ümümi mənzərəsi isə belədir: 206 oyun, 11 qol, 7 məhsuldar ötürmə.

Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023-cü il İngiltərə Liqa Kubokuna və 2024-cü il İngiltərə Kubokuna sahib olub.

Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 63 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Maquayr az qala bütün İngiltərə mətbuatı tərəfindən kəskin tənqidə və bəzən tənqiddən uzaq az qala lağa qoyulmasına rəğmən, bütün bu çətinliyin öhdəsindən əzmlə gələrək, meydanda öz sözünü deməyi, özünü sübut etməyi bacarıb. Buna rəğmən, Qaret Sautqeyt Harri Maquayrı Almaniyada keçirilən 2024-cü Avropa çempionatına topladığı İngiltərə yığmasının heyətindən kənarda qoyub. Bu, Maquayrı çox məyus etsə də, müdafiəçi bunu bir çağırış olaraq qəbul edib və yenidən ayaqda qalmaq iradəsində olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
42
arena.az

10Mənbələr