AZ

"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir: Adil Əliyev Fuad Cəbrayılovla işləyəcəkmi?

"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir: Adil Əliyev Fuad Cəbrayılovla işləyəcəkmi?

Adil Əliyevin Suraxanıya icra başçısı getməsi çox adamın “kürkünə birə salıb”. Rayon icra hakimiyyətində, sözün əsl mənasında vəlvələ yaşanır desək, yanılmarıq. AFN.az-a mövzu ilə bağlı danışan mənbə bildirir ki, narahatlıq keçirənlərdən biri də Suraxanı rayon icra başçısının müavini Fuad Cəlilovdur. “Onun Suraxanıya gəlişi bir növ əlaltdan həyata keçirildi” deyən mənbəmizin sözlərinə görə, Əziz Əzizovdan sonra F.Cəlilovun yerinə “su düşüb”. 2021-ci ildə Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini təyin edilən F.Cəbrayılov bu vəzifəyədək uzun bir qalmaqallı yol keçib.Bakı Texniki İnventarizasiya idarəsində (BTİİ), Dövlət Reyestr Xidmətinin Abşeron şöbəsində, Abşeron rayon icra başçısının müavini vəzifələrində çalışan F.Cəbrayılovun adı “kupça satan” kimi tanınıb. Mənbəmiz deyir ki, adıçəkilən məmur Dövlət Reyestr Xidmətinin Abşeron şöbəsində işləyərkən Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar verməklə külli miqdarda varidat qazanıb: “Onun Abşeronda xeyli sayda obyektləri var”.Məsələnin daha ciddi tərəfi Fuad Cəbrayılovun vəzifəsində yol verdiyi nöqsanlar səbəbindən həbs olunması ilə bağlı deyilənlərdir. İddia edilir ki, o, hələ Dövlət Reyestr Xidmətində çalışarkən törətdiyi qanunsuz əməllərlə bağlı həbs edilib: “Qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə Fuad Cəbrayılov nəinki həbsdən qurtara bilib, hətta vəzifəsini də qoruyub saxlayıb. Lakin Dövlət Reyestr Xidmətində rəhbərlik dəyişdikdən sonra F.Cəbrayılov o işindən çıxarılıb.İşsiz qaldığı müddətdə qaynatası Aydın Cəfərovun tikinti biznesini idarə edib. Sonra isə qaynatasının köməkliyi ilə Abşeron Rayon İcra Hakimiyyətində məsləhətçi, daha sonra ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini vəzifəsinəcən irəliləyib: “Lakin burada yol verdiyi qanunsuzluqlar əndazəsini aşdıqda çıxış yolu kimi vəzifəsindən istefa vermək təklif edilib. Zakir Fərəcovun məsləhəti ilə vəzifəsindən çıxan Fuad Cəbrayılov uzun müddət işsiz qalmayıb, bir neçə aydan sonra Suraxanı rayon icra başçısına müavin gedib. Həmin vaxt rayonda icra başçısı Zakir Fərəcova yaxınlığı ilə tanınan Əziz Əzizov idi. İndi Əziz Əzizov Suraxanıda başçı deyil, onu Adil Əliyev əvəzləyib. Maraqlıdır, Adil müəllim F.Cəbrayılovu yerində saxlayacaqmı? Məncə, yox. Çünki F.Cəbrayılov kadrı olduğu Zakir Fərəcova sadiq adam kimi tanınır. Onu dəfələrlə uçurumun kənarından qurtaran Zakir Fərəcovla hələ də sıx əlaqələrinin olduğu deyilir. Bu halda isə ağıla “iki qoçun başı bir qazanda qaynamaz” el məsəli gəlir. Yəni artıq Suraxanı RİH-də Fuad Cəbrayılovla vida ab-havası yaşanır”.

Seçilən
13
2
afn.az

3Mənbələr