AZ

Azərbaycanın FIFA referisi: Frank De Blekere ölkəmizə gəlmiş ən təcrübəli mütəxəssisdir

O, indiyədək Azərbaycana gəlmiş ən təcrübəli, zəngin karyeraya malik mütəxəssisdir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın FIFA referisi Əliyar Ağayev AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Blekere ilə bağlı açıqlamasında deyib.

Təcrübəli referi belçikalı mütəxəssislə bir neçə dəfə görüşdüyünü də vurğulayıb:

"Əlbəttə, tanışlığım var idi. Onu hakim kimi tanımışam, mötəbər oyunlar idarə edib. Avrokuboklarda, həmçinin Avropa çempionatlarının final mərhələlərində hakimlik edib. Əvvəl bu kimi yarışlardan onunla tanışlığım var idi. Bir neçə dəfə seminarlarda da görüşmüşük. Son olaraq bir neçə il əvvəl, Avropa Liqasının qrup mərhələsində idarə etdiyim "Dinamo" (Kiyev) - "Luqano" (İsveçrə) matçında hakim-inspektor olub. Son görüşümüz də həmin vaxt gerçəkləşib. Nə qədər fayda verəcəyini zaman göstərəcək. İnşallah, öz təcrübəsini bizimlə bölüşər və ondan maksimum faydalanmağa çalışarıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
aznews.az

5Mənbələr