63 min instaqram hesabı silindi
"Meta" şirkəti Nigeriyada qeydiyyatdan keçmiş və fırıldaqçıların istifadəçiləri şantaj etdiyi 63 min hesabı instaqramdan silib.
"Ölkə.az" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
"Biz instaqramda seksual əsasda pul tələb etməyə cəhd edilən 63 min hesabı sildik, fırıldaqçılar şəbəkə istifadəçilərinin fotoşəkillərini fırıldaq yolu ilə əldə edərək istifadəçiləri şantaj edir, fotoşəkilləri yayımlamaqla hədələyirdilər", - şirkətdən qeyd edilib.
Hesabların kütləvi bağlanması Nigeriya hökumətinin məxfilik qaydalarını pozduğuna görə "Meta"nı 220 milyon ABŞ dollar məbləğində cərimələməsindən təxminən bir həftə sonra baş verib.
"Meta" nümayəndəsi qeyd edib ki, dələduzluqla mütəşəkkil qruplar məşğul olub: 20 nəfər 2,5 min hesabı idarə edib və onlardan şantaj və qəsb üçün istifadə ediblər.
Bildirilir ki, Nigeriyada qeydiyyatdan keçmiş 1 300 feysbuk hesabı da silinib.