AZ

Aİ Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya köçürür: İlk transfer 1,5 milyard avro

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hücumundan dərhal sonra iqtisadi sanksiyalar tətbiq edib.

Bu kontekstdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi mübahisəli məsələlərdən biri idi.

Aİdondurulmuş aktivlərin 1,5 milyard avrosunu Ukraynaya göndərməklə ilk transferini edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabındakı paylaşımında ilk transferin edildiyini açıqlayıb.

Leyen, “Aİ Ukraynanın yanındadır. Bu gün biz Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük. Kremlinin pulunun Ukraynanı və bütün Avropanı təhlükəsiz bir yer halına gətirməkdən başqa bir simvol və ya istifadəsi yoxdur",- deyə qeyd edib.

Mövsüm

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
aznews.az

1Mənbələr