AZ

Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA

Sülh sazişinin müzakirəsi ərəfəsində Ermənistan tərəfindən sərhəd bölgələrində təxribatlar törədilir. Dünən bununla bağlı Müdafiə Nazirliyi də bəyanat yayıb. Bəs, bu təxribatların səbəbi, məqsədi nədir?
 
Mövzu ilə bağlı Moderator.az-a Hərbi ekspert Elxan Şıxəliyev danışdı:
 
 
 
“Əslində Azərbaycanda, belə deyək müharibələr tarixində ən sonuncu bəyanat verəcək qurum Müdafiə Nazirliyi olur. Müdafiə Nazirliyi bəyanat yaydısa deməli siyasi kriz pik həddə çatıb. 
Müdafiə Nazirliyinin bu xəbəri yaymaq səbəbinə gəldikdə isə bizim Ermənistanla müzakirələrimiz, münasibətlərimiz, sülh sazişinin gözləntiləri olsa da, Ermənistan zamanını sürətli mesaj olaraq, bizə sülh sazişinin müzakirələrinə hazırlıq mesajı verməklə paralel, sürətli silahlanmaya xərclədi. Bundan əlavə  Avropa İttifaqı 5 apreldən yəni, Bruseldəki görüşdən sonra bildirdi ki, biz Cənubi Qafqazda nə baş versə Ermənistanın  yanındayıq.İlk dəfə orada səsləndirilmişdi, sülh fondundan ayırmalar və  bu günlərdə 10 milyon ilkin tranş Ermənistanın sırf hərbi sahəsi  üçün ayrıldı.Mən təxmin elədiyim kimi həcm var, məsələn Ermənistan bu gün üçün bu templə silahlanmanı davam etsə ki, 2020-ci ilin 27 sentyabrındakına 5 ilə gəlib çıxa bilər. O zaman Ermənistan 5-8 milyard arasında xərc, yatırım etməlidir ki, komplektləşməni, silahlanmanı tamamlamış olsun. Həm də ona görə 5 il ki, istehsalçılar da bunu çatdırıb təmin etməlidirlər.
Ermənistanın real vəziyyətini bilənlərdən soruşulsa ki, Ermənistan müharibəyə hazırdır və yaxud müharibə istəyirmi? 44 günlük müharibəni görən hissəsində onlar bunu qəbul etmirlər. Amma Ermənistan hökumətinin seçimi yoxdur. İndiki mərhələdə dİgər qüvvələr Ermənistanı nəyə məcbur etdilərini qeyd edim. Təbii ki, Azərbaycan yanaşmasından baxdıqda, bu tərəf deyir ki, birinci mərhələdə Şuşadakı forumda Cənab Ali Baş Komandan dedi ki, Ermənistanın getdiyi bu yol xəritəsi yaxud Ermənistanı dəstəkləyən qüvvələrin getdiyi yol xəritəsi bizim üçün qəbuledilməzdir. Siyasi dildə bu belə deyilir. Hərbi dilə çevirdikdə Müdafiə Nazirliyi niyə bəyanat yayır? Biz  qəbuledilməzdir dedikdə, hərbiçilər deyər ki, bu müharibə səbəbidir. Ermənistanda bunu bilmirlər deyərsiz, mən düşünmürəm ki, bilmirlər. Çünki Azərbaycan öz mövqeyini bildirdi. Digər bir məsələ isə niyə Ermənistanı bu hala gətirirlər. Məsələ budur ki,  Cənubi Qafqaz qarışmalıdır. Çünki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın sırf bu coğrafiyalardan çəkilməməsinin, məcbur etməmələri mümkün olmamağı səbəbi ilə Ermənistana bildirirlər ki, Rusiya münasibətləri özünüz bir yerə bağlayın, 102-ci bazanı çıxardın, Federal sərhəd xidmətini Türkiyə ilə İranla sərhəddən çıxardın yola salın getsin və s. Bunlardan sonra biz hazırıq sizi çətir altına almağa. Rusiya isə bildirir ki, Ukraynanın yolunu getməyin. Rusiya deyir ki, qəbul etmirik, Azərbaycan da deyir qəbuledilməzdir, Ermənistan isə deyir bunu belə  davam edəcəyik. Nəticə gəlir çıxır Müdafiə Nazirliyinin bəyanatına”.
 
Vüsalə İbrahimli
Seçilən
33
moderator.az

1Mənbələr