AZ

Borreldən İsrailə sərt reaksiya: 'Bu cəfəngiyatı dayandırın'

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell İsrail parlamentinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) “terror təşkilatı” adlandırmaq cəhdlərinə sərt reaksiya verib.

'Bu cəfəngiyatı dayandırın' ,-deyə Borrel bildirib.

Qeyd edək ki, İsraildə UNRWA-nı "terror təşkilatı" elan edən, onun ölkədə fəaliyyətini qadağan edən və işçilərinin toxunulmazlığının aradan qaldırılmasını nəzərdə tutan üç qanun layihəsi parlamentdə ilk səsvermədən keçib.

Mövsüm

Seçilən
8
aznews.az

1Mənbələr