AZ

Rusiyada “YouTube”un sürəti 70 faiz azaldılır

Yayımlandı: 26 İyul 2024 18:12 Müharibəyə dəstək verən sənətçilərin kanalı bloklanıb Rusiyada avqustdan etibarən “YouTube” videolarının yüklənmə sürətinin 70 faiz azaldılacağı bildirilir. Bu barədə Rusiya Dövlət Dumasının üzvü Aleksandr Hinşteyn “Telegram” kanalında yazıb. Deputat bildirib ki, atılan addım Rusiya istifadəçilərinə deyil, ölkə qanunvericiliyini pozan internet resursunun administrasiyasına qarşı yönəlib. İyulun əvvəlində “YouTube” Rusiyanın bir sıra müğənni və aktyorlarının kanallarını Ukraynadakı müharibəyə verdikləri aktiv dəstəyə görə bloklayıb.  Onların arasında Şaman (Yaroslav Yuryeviç Dronov), Qriqori Leps, Polina Qaqarina, Oleq Qazmanov, Yuliya Çiçerina var. Qadağa ABŞ və Avropa İttifaqının 14-cü sanksiya paketi ilə atılan məhdudlaşdırıcı tədbirlər çərçivəsində tətbiq edilib. Hətta Şaman bloklanmaya etiraz olaraq iyulun 19-da ABŞ-nin Rusiyadakı səfirliyində etiraz konserti ilə də çıxış edib. Aleksandr Hinşteyn deyib ki, “YouTube”un Rusiyada yayımlanması bu platformanın yalnız özündən asılıdır: “Əgər “YouTube” administrasiyası öz siyasətini dəyişməsə və qanunlarımıza əməl etməsə, burada onu yaxşı heç nə gözləmir. Üstəlik, bizim alternativ platformalarımız “Rutube”, “VK Video” da fəal şəkildə inkişaf edir”. İyulun 12-də Rusiyanın ən böyük telekommunikasiya şirkəti “Rostelecom” “YouTube”un işində problemlər olduğunu bildirib. Şirkət bunu “Google” avadanlığının istismarındakı texniki problemlərə izah edib. “Meduza”nın telekommunikasiya sənayesindəki mənbəsi isə “Roskomnadzor”un platformanın fəaliyyətini ləngitməyə başladığını bildirib. “Gazeta.ru” xəbər verir ki, 2024-cü ilin sentyabrından Rusiyada “YouTube” tamamilə bloklanacaq.  Rusiyada “YouTube” platformasının bloklanması söhbəti 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayandan aktiv şəkildə müzakirə olunur. Rusiya hakimiyyəti bu platformanı ölkə qanunlarına əməl etməməkdə, həmçinin müharibə tərəfdarlarının məzmunlarını silməkdə ittiham edir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
xural.com

1Mənbələr