AZ

Hərbçilər "İtalyan dili" kursundan məzun oldu

İyulun 26-da Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində “İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edən polkovnik Elnur Ələsgərli Azərbaycan və İtaliya arasında əməkdaşlığın tərkib hissəsi kimi digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Keçirilən kursun əhəmiyyətindən danışan E.Ələsgərli kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

 

Daha sonra İtaliya Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi birinci dərəcəli kapitan Cianfranko Vizzini kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan MMU-nun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız İtaliya Respublikasında keçiriləcək müxtəlif ixtisaslar üzrə kurslarda iştirak edib öz bilik və bacarıqlarını artıracaqlar.

 

Çıxışlar başa çatdıqdan sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
5
modern.az

6Mənbələr