AZ

İngiltərədən Asiyaya yollanır

Mussa Diabi “Aston Villa”nı tərk edəcək. Fransa yığmasının yarımmüdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Tanınmış jurnalist Fabritsio Romanonun məlumatına görə, “Əl-İttihad” artıq transfer üçün “Aston Villa” ilə anlaşıb. Ərəblərin Diabiyə görə “Aston Villa”ya 60 milyon avro və bonuslar ödəyəcəyi məlum olub. Futbolçu isə “Əl-İttihad”la 5 illik müqavilə imzalamağa razılıq verib.

Mussa əvvəllər “Bayer-04”, “Krotone” və PSJ-də çıxış edib. Keçən mövsüm premyer-liqada 38 matçın hamısında iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
football-plus.az

1Mənbələr