AZ

“Əminəm ki, mövsümün sonunda onu klubda saxlamaq çətin olacaq” – menecer bu oyunçunu fərqləndirdi

Yay “transfer pəncərəsi”ndə ölkəmizdən ayrılan bir sıra legioner futbolçular olsa da, bəzi əcnəbilər də bura üz tutdu.

Ancaq yerli statusa malik oyunçular baxımından geriləmə var. Belə ki, ötən illə müqayisədə bu dəfə xaricə gedən futbolçularımız yox səviyyəsindədi. Ötən mövsüm gedənlər isə Azərbaycana döndü. İndiyə qədər reallaşan transferlərlə bağlı fikirlərini öyrənmək üçün Emil Şükürova tribuna verməyi lazım bildik. Onun “Football-plus.az”a söylədikləri:
“Gələn oyunçulardan “Araz-Naxçıvan”ın transferi Bernardo Diası fərqləndirərdim. Əminəm ki, mövsümün sonunda onu klubda saxlamaq çətin olacaq. Mərt Çəlikin qayıtması yaxşı oldu. Düzdü, bəzən “canlı bomba” kimi oynayır. Ümid edirəm ki, indi daha təcrübəlidi və ilk gəlişində etdiyi səhvlərdən uzaq olacaq. “Sabah”dan Neqoş Kupuşoviçi qeyd edərdim. Böyük oyunların adamı olmasa da, 10+ qol vuracağına əminəm. Roman Qriqorçuk və Kurban Berdıyevin də transferlərini yüksək dəyərləndirirəm. Doğrusu, klublarımız yerli oyunçu tapmağa çətinlik çəkir. Bu da Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev kimi oyunçuların geri qayıtmasına şərait yaradır. Oyunçularımızın Avropada oturuşması üçün bir neçə amilin üst-üstə düşməsi lazımdı. Burda az pul alırsa, xaricə gedir, xaricdə yaxşı oynayır, yerli klublarımız geri çağırır. Bu baxımdan istiqrarsızlıq var. Gənc yaşlarından ölkə xaricinə çıxsalar, daha davamlı şəkildə legioner karyerasına sahib olarlar”.


KAMAL SƏFƏR
Seçilən
33
football-plus.az

1Mənbələr