AZ

Kəlbəcərdən deputatlığa namizəd kimdir?-Namizədliyi xeyli sual doğurur

123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd kimi bir sıra tanınmış şəxs və məmurların adı hallansa da, bu ehtimallar özünü doğrultmadı

Bu dairədən deputatlığa iddia edən şəxslər arasında bitərəf namizəd kimi prosesə qoşulan Cəlil Qasımlının adı xüsusi diqqət çəkir.

Editor.az gununsesi.info-ya istinadən xəbər verir ki, kəlbəcərlilərin də tanımadığı bu şəxsin birdən birə deputatlıq iddiasına düşməsi rayon sakinləri arasında müzakirələrə səbəb olub. Saytın araşdırması zamanı bəlli olub ki, Cəlil Qasımlı bir neçə il əvvəl Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 15 nəfər ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinə görə açılmış cinayət işi çərçivəsində həbs olunmuş baş fiqurant – “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir.

Qeyd edək ki, Miryusif Mahmudov bir neçə illik həbs həyatından sonra azadlığa buraxılıb.

Onun kürəkəninin namizəd olmasına gəlincə, məlumatda bildirilir ki, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışan Cəlil Qasımlı iqtisadiyyat naziri Mikayıl Cabbarovun xeyir-duası ilə namizədliyini irəli sürüb.

Seçilən
103
editor.az

1Mənbələr