AZ

Ermənistan Türkiyəni gözləyir

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.

 

Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Xarici İşlər Nazirliyindən məlumat verilib.


Ermənistan Xarici İşlər Nazirliyi izah edib ki, Yerevan Ankaradan, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də oxşar hazırlıq və öhdəlik gözləyir.

 

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN qeyd edib ki, “cəmiyyət yalnız dəqiq razılaşmalar olduqda zamanla bağlı məlumat əldə edəcək”.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
oxu24.com

7Mənbələr