Bakı. Trend:
Qazaxıstanın dəmir yolu milli şirkətinin törəmə qurumu olan “KTZExpress” və Çinin “China Railway Container Transport Co. Ltd.”şirkəti İran-Çin nəqliyyat marşrutunu bərpa edir.
Trend Qazaxıstan Dəmir Yollarına istinadən xəbər verir ki,İranın Aprin dəmir yolu stansiyasında İran, Çin, Qazaxıstan vəTürkmənistan nümayəndələrinin iştirakı ilə İran-Çin konteynerqatarının təntənəli yola salınma mərasimi keçirilib.
Məlumatda bildirilir ki, tərkibi gips tozu olan 50 ədəd qırxfutluq konteyner İran-Qazaxıstan-Çin marşrutu üzrə yola çıxıb.Marşrutun ümumi səyahət müddəti 12 gün təşkil edəcək.
Qeyd olunur ki, bu, nəqliyyat dəhlizinin bərpası və marşrutdaiştirak edən ölkələr arasında beynəlxalq ticarət əlaqələriningücləndirilməsi istiqamətində mühüm addımdır.