AZ

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkdi

Baş nazir Nikol Paşinyan Ermənistanın Armavir vilayətinə səfəri zamanı Ermənistan-Türkiyə sərhədində modernləşdirilmiş Marqara keçid məntəqəsinə baş çəkib.

 

Senzor.az bildirir ki, onu səfərdə Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan müşayiət edib.

 

Baş nazir sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub, ərazini gəzib, eyniadlı kəndin sakinləri ilə söhbət edib.

 

Qeyd edək ki, keçid məntəqəsi bir neçə ay əvvəl Ankara ilə üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması ilə bağlı razılaşmalar kontekstində tamamilə modernləşdirilib və yenidən qurulub. Düzdür, razılaşmalar hələ də həyata keçirilməyib, lakin məntəqə hazırdır.

 

Senzor.az


Seçilən
3
50
senzor.az

10Mənbələr