AZ

I və IV qrupların qəbul imtahanının nəticəsi açıqlandı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən IIIqrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçüncoğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbulimtahanının nəticəsini elan edib.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri,cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər biraçıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığınehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası)ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçininmobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsiləimtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinəgöndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27929abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər)767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahandaiştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfərqaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələriləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 5156abituriyentdən 1576 nəfər coğrafiya fənni üzrə imtahanagəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunuƏsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbinməzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminəgörə I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayanBakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızıgöstərib. O, imtahanın birinci mərhələsində 300, ikincimərhələsində isə 397 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal)2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbinməzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı ortaməktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib. Hər ikimərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanınbirinci mərhələsində 300 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, IImərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər ikimərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticəsi ilə bağlı müraciətlərə baxılması üçün DİM-dəApellyasiya Komissiyası fəaliyyət göstərəcək. ApellyasiyaKomissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektronərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddətərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasınamüraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciətedilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətinməzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyigöstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeydolunmadığı halda ərizə qəbul edilmir və həmin müraciətaraşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqlaaparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunanbütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrəekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavəedilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeydetdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması iləbağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytındaərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola vəekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuşcavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kiminəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualdaiki dairənin qaralanması və s.) bağlı müraciətlərəbaxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəlabituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlısəhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər biraçıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olabilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçünərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavabverməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirməşkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tipmüraciətlərə baxılmayacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin(həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqusttarixlərində aparılacaq.

Seçilən
136
49
az.trend.az

10Mənbələr