AZ

Azərbaycan yığması açılış mərasiminə doğru

Azərbaycan yığması Paris-2024 Yay Olimpiya Oyunıarının açılış mərasiminə hazırdır.

İdman.biz xəbər verir ki, dəqiqələr sonra Fransa paytaxtında möhtəşəm tədbir start götürəcək.

Mərasimdə Azərbaycan yığmasının şef-demissionu Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası prezidentinin məsləhətçisi Natiq Bağırov, basketbol üzrə 3x3 komanda və digər idmançılar, eləcə də məşqçilər iştirak edəcəklər.

Cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev komandamızın bayraqdarı vəzifəsini yerinə yetirəcəklər.

Azərbaycan gənclər və idman naziri Fərif Qayıbov olimpiyaçılarımıza dəstək verib. O, sosial şəbəkədə "Uğurlar, Azərbaycan" paylaşımı edib.

İdman.biz

Seçilən
78
1
idman.biz

2Mənbələr