AZ

Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...

Rusiya-Ukrayna müharibəsinin fəsadları yalnız ön cəbhədəki itkilərlə yekunlaşmır. Ukraynanın torpaq itkisi nə qədər fəalkətlidirsə, Rusiyanın da arxa cəbhəsində -Kremldən tutmuş uzaq əyalət mərkəzlərinə qədər siyasi narazılığın artması, iqtisadi və hərbi potensialın tənəzzülə uğraması prosesi hər gün dərinləşir. Amma, elə fəsadlar da var ki, onların yaratdığı ağır zərbələr hətta müharibə bitəndən sonra da özünü bir xeyli müddət göstərəcək.  Məsələn, Rusiyada törədilmiş cinayətlərin sayı rekord səviyyədə artıb. RF DİN-in məlumatına görə, 2021-ci ilin beş ayı ilə müqayisədə cinayətkarlıq 76 faiz artıb və ən əsası mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən cinayətlər 42 faiz çoxalıb. Burada diqqəti çəkən məqam həm də odur ki, cinayətlərin əksəriyyəti odlu silahlardan istifadə edilməklə baş tutur. Bu tip cinayətlər əsasən Ukrayna ilə sərhəd bölgələrində, xüsusilə Belqorod və Kursk istiqamətində qeyd olunur. Cəbhədən qayıdanlar həm odlu silah alverinin bazarını yaratmış, həm də yeni mütəşəkkil cinayətkar dəstələr məhz onların iştirakı ilə yaradılır və nəticədə silahlı bandaların sayı durmadan artır.
 
Burada “risk qrupu” deyilən dəstələrin üzvlərini Ukrayna müharibəsində iştirak etmiş keçmiş məhbuslar təşkil edirlər. BBC Tusiya xidmətinin və “ Mediazona”nın verdiyi məlumata görə 30.000 məhbus yaxın günlərdə “Vaqner” heyətində Ukraynaya qarşı vuruşduğuna görə azadlığa çıxacaq. Qyd etmək lazımdır ki, on minlərlə məhbus artıq Putin tərəfindən əfv olunub. Məhz bu səbəbdəndir ki, RF Baş prokuroru İqor Krasnovun verdiyi məlumata görə, xüsusi ağır cinayətlərin sayı 9,4 faizartıb. Ümumiyyətlə, keçmiş məhbusların cəbhədən geri dönməsindən sonra cinayətkatlığın artması faktları, statistikası hökümətə məlumdur.
 
Cinayətkarlığın nəzarətsiz artması, silah“qara bazar”ının kəskin şəkildə çoxalması, ağır cinayətlərə görə əvvəllər məhkum olunmuşların cəbhədən dönüşü, bütün regionlarda yeni mütəşəkkil cinayəkat dəstələrin yaranması XXI əsr Rusiyasının mənzərəsidir. Müharibə bitəndən sonra dünyanın sivil ölkələri bir xeyli müddət Rusiyaya səfər etmələrinin təhlükəli olduğu barədə vətəndaşlarına yönələn xəbərdarlıqları təəccüblü qarşılanmayacaq.  
 
Moderator.az-ın analitik qrupu
Seçilən
54
moderator.az

1Mənbələr