AZ

Fransanın “EuroAirport” hava limanı mümkün mina təhlükəsi səbəbindən bağlanıb

Fransanın “EuroAirport” kimi tanınan Bazel-Moluse-Frayburq hava limanı mümkün minalanmai ilə bağlı xəbərlərdən sonra müvəqqəti olaraq bağlanıb.

“Le Monde”un hava limanının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik məqsədi ilə sərnişinlər təxliyə edilib. Aeroporta istehkamçılar göndərilib. Daha sonra “EuroAirport” işi bərpa etdiyini açıqlayıb.

Xatırladaq ki, bu gün, iyulun 26-da Parisdə Olimpiya Oyunlarının açılış mərasimi keçirilməlidir. Həmin gün Fransa Milli Dəmir Yolları Şirkətinin üç sürətli dəmir yolu xəttində yanğınlar baş verib. Rəhbərlik təxribat barədə məlumat verib. Qatarların ləğvi və gecikmələri 800 min sərnişinə təsir edə bilər. Oyunların açılış mərasimi ilə bağlı mətbuat konfransı heç bir izahat verilmədən başlamasına cəmi 20 dəqiqə qalmış ləğv edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
32
editor.az

10Mənbələr