AZ

“Kəpəz” yeni mövsümə hazırlığı darmadağınla yekunlaşdırdı

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi dördüncü sınaq matçında “Pelikan”la üz-üzə gəlib.

Gəncədəki Məşq Mərkəzində baş tutan matç Adil Şükürovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda Kərim L’Kuça və Əli Səmədov fərqləniblər. Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurublar.

Xatırladaq ki, “Kəpəz”in ilk iki yoxlama oyununda “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzmuşdu. Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşma isə gəncəlilərin 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Qərb təmsilçisi “Pelikan”a qarşı keçirdi sınaq matçı ilə yeni mövsümə hazırlığı yekunlaşdırıb. Komanda bundan sonra Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la səfər matçına köklənəcək. Avqustun 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq bu oyuna saat 20:45-də start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
arena.az

1Mənbələr