AZ

Polis avtomobili sərnişin avtobusu ilə toqquşdu:9 nəfər xəsarət alıb - FOTO + VİDEO

Polşada polis maşını və sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, qəza ölkənin şimal-qərbində yerləşən Şеçin şəhərində qeydə alınıb.

Məlumata görə, toqquşma nəticəsində avtobusda olan 3-ü uşaq olmaqla 7 sərnişin və avtomobildə olan 2 polis əməkadaş xəsarət alıb.

Qəzanın baş vermə səbəbləri araşdırlır.

Hadisə şahidlərinin sözlərinə görə, polis avtomobili başqa bir avtomobili təqib edirmiş.

 

Namiq Musayev

Seçilən
10
avtosfer.az

1Mənbələr