“Bild in Russian” media orqanı xarici agent kimi təyin edilib.
Bu barədə Rusiya Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
"Bild in Russian" media orqanı Rusiya hakimiyyətinin qərarları və siyasəti ilə bağlı qeyri-dəqiq məlumatlar, eləcə də Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic formalaşdırmaq məqsədi daşıyan yalan məlumatlar yayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Bild xüsusilə Teleqram və "YouTube"-da rusdilli kanalları olan Almaniyanın əsas media orqanlarından biridir.