AZ

“Şamaxı”da maliyyə böhranı – hələ aprelin maaşları verilməyib

Bu mövsümdən Premyer Liqaya qayıdan “Şamaxı”da ciddi problemlər var. I Liqanın qalibi borc içindədir və bu uğuru qazanan oyunçuların maaş və mükafatlarını verə bilmir.

Maraqlıdır ki, hazırda transferləri sıralayan, legionerlər alan bölgə təmsilçisi məhz borcları ödəmir. Alacaqları olan futbolçular da məhz bundan şukayətlənir.

Vəziyyətə aydınlıq gətirməsi üçün “Şamaxı”nın idman direktoru Kamran İsmayılovla əlaqə saxladıq. O, maliyyə sıxıntısının olduğunu gizlətmədi: “Bu günə olan vəziyyət elədir ki, aprelin maaşını sadəcə, komanda üzvlərinin yarısı ala bilib. May ayının maaşı və çempionluq mükafatı tamamilə qalıb. Bütün borclar ödəniləcək. Təəssüf ki, tam olaraq nə zaman olacağını deyə bilmirəm. Amma imkan olan kimi dərhal bütün pullar veriləcək. Hazırda bu məsələ üzərində işləyirik. Kluba maliyyə daxil olan kimi maaş problemi həll olunacaq”.

Doğrusu, bu qədər borcu olan komandanın Premyer Liqada necə oynayacağı maraqlıdır. AFFA-nın problemli kluba lisenziyanı necə verdiyi də bir başqa sualdır. Yeni mövsümdə də oxşar çətinliklərin yaşanmayacağına zəmanət varmı?

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
futbolinfo.az

3Mənbələr