AZ

Uşaqların davası faciə ilə BİTDİ: atasını öldürdülər

Uşaqların davası faciə ilə BİTDİ: atasını öldürdülər

Türkiyədə uşaqların davası ölümlə bitib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa şəhərinin Şahzadələr qəsəbəsində baş verib. Məktəbin bağçasında qurulan hovzuda uşaqlar arasında dava yaranıb. Daha sonra ailələr də davaya qarışıb. Tərəflərdən biri 8 nəfərlə digərinin evinə basqın edib.

Belə ki, onlar nəqliyyat vasitəsi ilə hücum etdikləri evin divarını uçurublar. Evi uçuran sürücü avtomobildən düşərək həyətin girişinə çıxan 45 yaşlı İsmayıl Sönməzi bıçaqlayıb. Xəstəxanaya aparılan kişi orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisədə şübhəli bilinən 8 nəfərin saxlanılması üçün axtarışlar keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
49
sonxeber.az

10Mənbələr