AZ

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi davam edir.

İdman.biz xəbər verir ki, Sena çayında təşkil olunan tədbirdə idmançıların paradı başlayıb.

Öncədən elan edildiyi kimi bu dəfə ölkələrin nümayəndə heyətləri stadionu dövrə vurmur. Komandalar qayıqlarla Sena çayı üzrə hərəkət edir.

Ənənəyə uyğun olaraq Yunanıstan hamıdan əvvəl çay boyunca toplaşan tamaşaçılar önündən keçib. Azərbaycan yığmasının yer aldığı qayıq 16-cı hərəkət edib.

Ölkəmizin bayrağını cüdoçu Gültac Məmmədəliyeva ilə boksçu Məhəmməd Abdullayev dalğalandırıb. Nümayəndə heyətimiz sıralamada Avstriyadan sonra Baham adalarından öncə yer alıb. Paradı meydan sahibləri Fransa yekunlaşdıracaq.

Qeyd edək ki, Azərbaycan millisinin 48 idmançı ilə təmsil olunduğu Olimpiada avqustun 11-dək davam edəcək.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr