Xalq artisti Afaq Bəşirqızı "Xudayar təsnifi"ni dinləyərkən kövrəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, görüntülər "Şən gənc" verilişində əks olunub. Proqrama qatılan bir gənc şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısını səsləndirib.
Həmin vaxt münsif kürsüsündə oturan Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Coşqun Rəhimov göz yaşını saxlaya bilməyib.
Qeyd edək ki, "Xudayar təsnifi" xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnifdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun