Jarl Marqarita "Sabah"dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, klubun qərarı ilə müqaviləyə xitam verilib.

Onun Masazır təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi var idi. 

24 yaşlı oyunçu "bayquşlar"la 23 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.