AZ

Stefan Saviç “Atletiko”nu “Trabzonspor”a dəyişdi - Rəsmi

Futbol üzrə Monteneqro yığmasının və Madrid “Atletiko”sunun mərkəz müdafiəçisi Stefan Saviç bundan sonra “Trabzonspor”un formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı futbolçu İspaniya nəhəngini azad agent kimi tərk edib. Halbuki, onun “Atletiko” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında bitməli idi.

Saviç “Trabzonspor”la 3 illik müqaviləyə imza atıb. O, yeni klubunda ilinə 2,5 milyon avro qazanacaq. Üstəlik, futbolçu Trabzon təmsilçisinə azad agent kimi keçdiyi üçün 500 min avro imza pulu alacaq.

Təcrübəli futbolçu yeni klubunun heyətində 15 nömrəli forma altında çıxış edəcək.

Xatırladaq ki, Stefan Saviç 2015-ci ildə İtaliyanın “Fiorentina” klubundan 12 milyon avro qarşılığında keçdiyi “Atletiko”da 297 oyun keçirib. O, bu oyunlarda 3 qol və 3 assistlə yadda qalıb.

“Fiorentina”, “Partizan”, “Borça” və “Mançester Siti”də də oynamış təcrübəli müdafiəçi 2010-cu ilin avqustunda debüt etdiyi Monteneqro yığmasında 74 oyuna çıxıb. O, bu oyunlarda 9 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
122
arena.az

1Mənbələr