NBA ulduzu Rassell Uestbruk "Denver Naggets"lə müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, bu barədə tanınmış basketbol insayderi Şems Çaraniya məlumat yayıb.
Onun informasiyasına görə, Uestbruk "Denver"lə 6,8 milyon avroluq 2 illik müqavilə imzalayıb. 35 yaşlı basketbolçunun növbəti mövsümdə müqaviləni artırmaq və xitam hüququ özündə saxlayıb.
Qeyd edək ki, ötən mövsümdə "Los-Anceles Klippers"in şərəfini qoruyan Rassell orta hesabla 22,28 dəqiqə meydanda olub və 11,1 xal, 5 götürmə, 4,5 ötüməlik nəticə göstərib.
İdman.biz