AZ

Ukraynalı səfir: “"Baykar" zavodu yalnız bu halda Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq”

"Baykar" zavodu yalnız müharibə başa çatdıqdan sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.

“Biz “Baykar” Makina ilə müxtəlif sahələrdə, o cümlədən zavodun tikintisi ilə bağlı işləyirik, bu istiqamətdə irəliləyiş adi gözlə nəzərə çarpır”, - diplomat təhlükəsizlik baxımından onun tikildiyi yerin adını çəkmədən deyib.

Bodnarın sözlərinə görə, Ukrayna həm də Turkish Aerospace Industries (TAI) ilə əməkdaşlıq edir, lakin detalları açıqlamayıb.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr