AZ

Yararsız milli pulların dəyişdirilməsi üçün nə etmək lazımdır?

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin fəaliyyəti davam etdirilir.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı üçün müraciət edə bilərlər.

Eyni zamanda, “Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan MR İdarəsi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən “Nağd pul ofisi”nə də müraciət etmək imkanı

Seçilən
62
17
yenigundem.az

10Mənbələr