AZ

Rusiyada 2 həftə ərzində minə yaxın miqrant saxlanıldı


“Sankt-Peterburq və Leninqrad vilayətinin polisi tərəfindən iki həftəlik əməliyyat zamanı miqrantlar arasında 7,5 mindən çox hüquq pozuntusu aşkar edilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki,  bu müddət ərzində ölkədən qovulmaq üçün minə yaxın miqrant saxlanılıb:
“Polis patrulunun intensiv fəaliyyəti ilə yanaşı, 150-yə yaxın tikinti obyektində, onlarla bazarda, 140 iaşə obyektində, 200-ə yaxın miqrantların kompakt yaşadığı yerdə məqsədyönlü reydlər həyata keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbilər arasında 7,5 mindən çox inzibati xəta müəyyən edilib ki, onların da əksəriyyəti miqrasiya qanunvericiliyinin pozulması ilə bağlıdır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
yeniavaz.com

1Mənbələr